Tükiyənin kürəyinə "dost" xəncəri saplanır
Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin
Türk xalqlarına müraciəti

 

Amerika Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsi ermənilərin soyqırım iddiası ilə bağlı qətnaməni 27-21 səs nisbətində qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırım həyata keçirib.


İndi növbəti addım Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosidən gözlənilir. Amerika prezidenti Corc Buş qətnamənin əleyhinə olsa da, Pelosi gələn ay qətnaməni Palatanın tam tərkibli iclasına səsverməyə çıxara bilər. Amma indi konqresdə Buşa müxalif demokratlar üstünlükdədir.


Xatırladaq ki, 2005-ci ildə bu qondarma məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılma istəyi və ermənilərin Corc Buşa bununla bağlı növbəti dəfə məktub göndərmələri də göstərir ki, ermənilər özlərinin əsas strateji məqsədlərinə çatmaq üçün bir an belə səylərini əsirgəmirlər.


Çox maraqlıdır ki, ermənilərin dünyası aldatmağa çalışaraq qaldırdığı bu hay-küyün fonunda Türkiyənin və türk xalqlarının çx ciddi arqumentləi və təklifləri qulaqardına vurulur. Belə ki, Türkiyə rəsmiləri tərəfindən dəfələrlə 1915-17 il hadisələrinin obyektiv araşdırılması və istinqaqına ehtiyac olduğu dilə gətirilib. Bu gün Türkiyə həqiqətləri dünyaya göstərmək məqsədi ilə öz arxivlərini açıb və belə bir addımın, Paris, Sankt Peterburq, İngiltərə və Ermənistandakı arxivlərin də açılmasını istədiyini bəyan edib. Ermənistan isə hər fürsətdə bundan boyun qaçırdır və uzun illərdir ki, erməni diasporası və rəsmi Ermənistan beynəlxalq gündəmə erməni soyqırımı adlı həqiqətdən kənar, uydurma bir problem çıxarır. Halbuki, ermənilərin saxta sözdə soyqırım barədə sayıqlamalarının heç bir hüquqi əsası yoxdur. Tarixi senedler sübut edir ki, XX əsrin əvvəllərinə Türkiyə ərazisində ermənilərin sözdə soyqırım kimi qələmə verdikləri hadisələr zamanı ermənilərdən 100 min nəfər öldürülmüşsə də, bunun müqabilində 510 min türk ermənilər tərəfindən qətlə yetirilib və bu sübut edir ki, faktiki olaraq əsil soyqırım məhz ermənilər tərəfindən Anadolu türklərinə qarşı törədilib.


Qeyd etmək lazımdır ki, ermənilərin bu qəsbkarlıq və soyqırım siyasəti, ancaq Anadolu türklərinə qarşı yox, həm də digər türk xalqlarına qarşı tətbiq edilmişdir. Ermənilər iki əsrə yaxındır ki, Azərbaycan türklərinə və Azərbaycana qarşı əllərindən gələni əsirgəməyiblər. Onlar, vaxtaşırı beynəlxalq hüquq normalarını, insan hüquq və azadlıqlarını kütləvi şəkildə kobud pozaraq, işgəncələr və digər qeyri-insani, insan ləyaqətini alçaldan rəftarla müşayiət olunan etnik təmizləmə və təcavüzkarlıq siyasəti yeridiblər. Bu illər ərzində erməni tərəfindən dəfələrlə Azərbaycan türklərinə qarşı öz siyasi hüquqi qiymətini almamış soyqırım aktları və işğalçılıq faktları mövcuddur. Ermənilərin törətdikləri qırğınlar nəticəsində yüzminlərlə Azərbaycan türkü məhz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, Azərbaycanın bir çox şəhər və kəndləri yandırılaraq xarabalığa çevrilmiş, minlərlə kvadrat kilometr Azərbaycan ərazisi işğal edilmişdir. Təkcə 20-ci əsrdə Azərbaycan əhalisi, həm Güneydə və həm Quzeydə, 4 dəfə erməni vəhşiliyinə və etnik təmizləməyə mə’ruz qalmışdır.

 

1905-1907 illərdə ermənilərin Azərbaycan türklərinə qarşı apardığı genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə dinc adam qətlə yetirilmişdir.

 

1915-ci ildə Urmu və Salmas faciəsi baş verir. Dadaşbəy adlı bir şəxsin etiraz etməsi səbəbinə görə ixtilaf başlayır və ixtilaf, Əsgərxan məhəlləsinin asori-erməni qüvvələrinin bir müsəlman şəxsə hücumlarına etiraz etməsi bəhanə yaradaraq, Petros adlı komandan vasitəsi ilə Əsgərxan məhəlləsində vuruşma başlayır. Vəhşicəsinə evlərə və məhəllələrə basqın edilir və müsəlmanlara qarşı qətl və cinayət baş verir. Savaş, 159 gün davam edir və 150min müsəlman olan arvad, uşaq, qoca, gənc, ermənilər vasitəsi ilə qətlə yetirilir. O zaman da, Salmas bölgəsindən başlayaraq, Urmu yurduna yetişərək, hər ev şəhid vermişdir. Bolşeviklər şimalda fəaliyyətə başladıqdan sonra, daşnaklar ingilis himayəti ilə Azərbaycanda fəaliyyətə başlayırlar və Andranikin başçılığı ilə 1296-ci ildə, yəni 1917-ci ildə 4min nəfəri qırğın salmaq üçün Xoy şəhərinə göndərirlər.

 

1918-1920 illərdə daha genişmiqyaslı vəhşiliklər törətmiş bu azğın ermənilər tərəfindən bir çox Azərbaycan şəhərləri, yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə dinc adam qətlə yetirilmişdir.


Hələ, 2-ci Dünya Müharibəsi başa çatdıqdan sonra Böyük Ermənistan ideyası ilə yaşayan ermənilər Sovet İmperiyası rəhbərliyinin himayəsi ilə Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən – öz tarixi torpaqlarından kütləvi şəkildə ağılasığmaz vəhşiliklərlə deportasiyasına nail olmuşlar.


Ötən əsrin əvvəllərində başlanan bu siyasət əsrin sonralarında da davam etdiyindən bu vəhşiliyin və təcavüzün nə vaxtsa durdurulacağına inanmaq çətindir. Təssüf doğuracaq hal budur ki, bu haqqsızlığa beynəlxalq təşkilatlar tərəfindən bu günədək heç bir siyasi-hüquqi qiymət verilməmişdir. Buna görə də cəzasız qalan Ermənistanın, Azərbaycana qarşı illər boyu apardığı düşünülmüş, proqramlı, ardıcıl etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinin yeni mərhələsi Azərbaycana qarşı hərbi təcavüzlə yenidən davam etdirildi. 1988-ci ildən başlayaraq Ermənistanda “Türklərsiz Ermənistan” şüarı altında Azərbaycan türklərinə qarşı etnik təmizləmə başlandı və qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindən 200 mindən çox Azərbaycan türkü vəhşicəsinə törədilən zorakılıqlar və qətllərlə deportasiya olundu. Həmin dövrdə 100-lərcə Azərbaycan türkü xüsusi qəddarlıqla erməni hərbiçiləri tərəfindən qətlə yetirildi. Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında beynəlxalq hüquq normalarına zidd olan qərar qəbul etməklə Ermənistan tərəfindən Azərbaycan torpaqlarına qarşı əsassız iddiaları ilə işğalçılıq siyasəti başlandı və 1993-cü ilin sonlarınadək Azərbaycanın 20% ərazisi erməni hərbiçiləri tərəfindən işğal olundu, on minlərlə günahsız insan qətlə yetirildi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, yaşayış məntəqələri, təhsil və səhiyyə obyektləri məhv edildi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ən dəhşətli soyqırımlardan biri Xocalı şəhərində baş verdi.

 

Beləliklə, ermənilər tərəfindən türk xalqlarına qarşı uzun illərdən bəri törədilən əməllərin qabaqcadan düşünülmüş qaydada, yəni milli mənsubiyyətinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi, həmin əməllərin beynəlxalq hüquqa görə soyqırım olduğunu sübut edir.

 

Beynəlxalq hüquqa görə soyqırım ən ağır beynəlxalq cinayət hesab edilməklə sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərdən hesab edilir. Soyqırım və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən əməllərin hər biri ermənilər tərəfindən türk xalqlarına qarşı tətbiq edilmiş və Ermənistan respublikasının dövlət rəhbərləri bu vəhşilikləri törədənləri hər zaman himayə etmişdir.

 

Bildiyiniz kimi, 1992 ilin martında ATƏM (indiki ATƏT) Azərbaycan Ermənistan münaqişəsinin nizama salınması üçün Minsk qrupunu yaratmış, münaqişənin tərəflərini və münaqişənin həlli yollarının prinsiplərini müəyyən etmişdir. 1993 ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş və bu sənədlərlə Azərbaycanın işğala mə’ruz qalması, ərazilərin zəbt olunması faktlarını təsdiq etmiş, Ermənistan işğalcı qüvvələrinin dərhal Azərbaycan torpaqlarından çıxarılması tələbini qoysa da bu vaxta qədər bu sənədlərdə olan tələblərin heç biri yerinə yetirilməmişdir. Təssüflə, BMT Baş Katibi, BMT Təhlükəsizlik Şurası, ATƏT sədri, ATƏTin Minsk Qrupunun həmsədrləri, bu Qrupun üzvləri qətiyyətsizlik nümayiş etdirmiş, bununla da faktiki olaraq təcavüzkar Ermənistanın daha da şirnikləndirilməsinə səbəb olmuşlar.

 

Güney Azərbaycan Konqresi hesab edir ki, türk xalqlarının davamlı olaraq soyqırıma mə’ruz qalmaları BMT nizamnaməsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalı, törədilmiş soyqırımların təhqiq edilməsi və bu məsləyə hüquqi qiymət verilməsi üçün Beynəlxalq Tribunal tə’sis edilməlidir. Türkiyədə, Ermənistanda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində və Güney Azərbaycanda, türk xalqlarına qarşı etnik təmizləmə və soyqırım siyasətini həyata keçirən canilərin bu tribunalda cavab vermələri tə’min olunmalıdır və erməniləri bu soyqırımları törətməkdə Avropada və ABŞ-də dəstəkləyən lobbiçi və ölkə rəsmiləri həmin tribunalda məhkum olunmalıdırlar. Bu qınamalar olmasa, hərhansı dostları da erməni kimi lobbilər üz-üzə qoymaq və dünyada sülh və qarşılıqlı tərəfdaş və əməkdaşlığa təhlükə yaradır. Bugün biz bunun şahidiyik – Türkiyə və ABŞ dostluğunun tarixi 50 ildən artıq olmasına baxmayaraq, erməni provokasiyası əsasında bugün Türkiyəyə ABŞ əli ilə dost xəncəri vurulur. Demək ki, ABŞ üçün Türkiyənin məsrəfi bitir. Türkiyəyə dəyən zərbə, türk xalqlarına dəyən zərbədir. Unutmamalıyıq ki, vaxtı ilə 1946-cı ildə, ABŞ-nin, Şah rejiminə dəstək verməsi ilə Pişəvəri Höküməti yıxıldı. Ermənilər, Azərbaycan ərazisini işqal edən vaxtda da, Azərbaycan əleyhinə olaraq 907-ci maddə ABŞ Konqresi tərəfindən təsdiq olundu.

 

Nəticə etibarı ilə, ABŞ, erməni lobbisi və başqa lobbilərin təhrikləri ilə, türk xalqlarına qarşı gizli və açıq formada təzyiq göstərir. Odur ki, bu təzyiqlərin qarşısını almaq üçün, türk xalqları bir-birinin yanında olub biri-birinə dəstək verməlidirlər. Ona görə, Güney Azərbaycan Konqresi, ABŞ-də gedən anti-Türkiyə cəhdlərini şiddətlə məhkum edir və türk xalqlarını biri-birinin yanında olmağa dəvət edir!
Teşkilatımız hesab edir ki, demokratik imicə malim ayrı-ayrı dövlətlərin sözdə erməni soyqırımını tanımaları heç də onlara baş ucalığı gətirmir, və nüfuzlu dövlətlərə müraciət edərək onları bu olduqca həssas məsələdə diqqətli və obyektiv olmağa çağırır. Biz bu kimi addımı atan dövlətlərə müraciət edərək onları həqiqətin yanında olmağa, erməni təbliğatında uymamağa, türk xalqlarına qarşı ədalətsizliyə yol verməməyə çağırırıq!


Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu
Abdulla Əmir Haşimi (Cavanşir)
12 oktyabr 2007

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa