
ADF IT e-qrupuna Siz də üzv olun! |
........ |
|
GAK e-qrupuna, üzv olmaq üçün: |
........ |
|
Banner mübadiləsi üçün:
Azəristan ölkəsin sanma bügün başsız bədən,
|
|||||
___________________ |
|||||
Stokholmda, Həmrəylik Günü şənliyi |
|||||
30.XII.2008. /GAK. Bugün, Stokholmda yaşayan azərbaycanlılar - müxtəlif cəmiyyətlər, dərnəklər və münfərid şəxslərdən ibarət, Olles Krog adlı restorantda saat 18-dən gecə 01.00-dək, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək üçün toplaşdılar. Türkiyəli, Kərkük türkməni və azərbaycanlı müğənnilərin müşayiəti ilə yeddi saat davam edən şənlik axşamında, uşaqların fəal iştirakları, xüsusi gözə çarparaq, tədbir iştirakçılarının sevincini artırdı. Şənlik, ... ardı |
|||||
21 Azər qiyamına yeni baxış |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir) 1. Müqəddimə: Səttarxandan və Xiyabanidən yadigar qalan yarımcan Azərbaycan Milli Hərəkatı, 1941-ci ilin avqust ayından İran adlanan yerdən başlayan siyasi vəziyyət, iqtisadi və siyasi, ictimai və mədəni problemlərin Rzaşah diktatorluğu yıxılandan sonra üzə çıxması, azadlıq uğrunda mübarizənin yeni mərhələsinin başlanmasında Azərbaycanda yeni siyasi ab-həvanın meydana gəlməsi və Məhəmmədrzaşah və onun xarici himayədarlarının azadlığa və milli hərəkata qarşı işlətdiyi zorakılıqlar, həmin zorakılıqlara qarşı Azərbaycan xalqının mütəşəkkil formada Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında konkret milli və demokratik şüarlarla mübarizəyə qoşulması və şovinisti və irticai dairələrin əleyhinə qələbə qazanması, 21 Azər qiyamına və milli hökümətin yaranmasına gəldi çıxdı. ... ardı |
|||||
Stokholm, 21 Azər Qiyamını qeyd etdi |
|||||
XII.2008. /GAK. 14 dekabr 2008 tarixində Stokholmda, Güney Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökümətin 63-cü ildönümü münasibətilə, Stokholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin təşkilatçılığı ilə 4 saat davam edən şənlik mərasimi keçirildi. “Durna” cəmiyyətinin sədri Əhəd bəy Əşqrizin açılış söhbətindən sonra, Babək bəy Azəri, Abdulla bəy Əmir Haşimi (Cavanşir) və Paşa bəy Sərxanlı çıxış etdilər. Güney Azərbaycan Konqresi tərəfindən ARAZ teatr-studiyasının təsisçi və direktoru Qurban bəy İsmayılova təqdirnamə təqdimindən sonra, müsiqili şənlik qismi davam etdi.
Tədbirdən hazırlanan video və foto, iki hissədən ibarətdir. ... ardı |
|||||
Stokholmda, ilk dəfə olaraq Azərbaycan teatrı |
|||||
XII.2008. /GAK. 13 dekabr, Stokholmda ilk dəfə olaraq Azərbaycan teatrı səhnələndi. Xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini yüksək səviyyədə təmsil edən təsisçisi və direktoru Qurban İsmayılov olan ARAZ teatr-studiyası, tərkibində Azərbaycan Respublikasının əməkdar artistləri Ayşad Məmmədov, "Çal-cağır Şou"dan tanınmış Dilarə Əliyeva və Tünzalə Əliyeva, xarakterik rolların mahir ifaçısı aktyor Ədalət Əbdülsəmədov ilə, "Öldür məni can-cigər" (Əziz Nəsin), "Mühacirlər" (Slavomir Mrojek) və "İmperator" (Elçin Hüseynbəyli) adlı tamaşalarını təqdim etdilər. Beş saata yaxın, tamaşaçılara çox gözəl əhval-ruhiyyə bağışlayan ARAZ teatr-studiyası, Stokholm azərbaycanlılarının böyük rəğbətini qazandı... ardı |
|||||
İsveç parlamentində dinləmələr keçirildi |
|||||
XII.2008. /GAK. DAK, İsveç parlamentində, 11 dekabr 2008 saat 11-dən 13-dək, Sosial-demokratlar Partiyasından və Moderatlar Pariyasının deputat və nümayəndələrinin - o cümlədən Karin Rüneson (s), Reza Xəlili Dilami (m), Dr Pol Yonsson (m), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanshir)-in və DAK heyyətinin iştirakı ilə dinləmələr təşkil etdi. DAK həmsədrləri Firidun Pərvizniya və Sabir Rüstəmxanlı, səfir Rafael İbrahimov ətraflı çıxışlar edərək, isveçli nümayəndələri maraqlandıran ... ardı |
|||||
GAK sədri, Güneydə 21 Azər tutuqlamalarının başlandığını Avropa Komissiyasına çatdırdı |
|||||
XII.2008. /GAK. GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir), Belçika səfəri çərçivəsində, 8 dekabr 2008 saat 11.00'da, Avropa Komissiyasının Xarici Əlaqələr baş direktoriatın insan haqları və demokratlaşdırma üzrə siyasi işçisi xanım Anne Koistinen ilə görüşdü. Görüşdə, qarşıda gələn 21 Azər qiyamının ildönümü ilə əlaqədar ölkədaxilində (Güney Azərbaycanda) tədbirləri tədarük edən fəalların İran İslam Respublikası tərəfindən tutuqlanması barədə ... ardı |
|||||
Belçika senatında konfrans |
|||||
XII.2008. /GAK. 8 dekabr 2008, saat 14-dən 18-dək, DAK-ın təşkilatçılığı ilə Belçika senatında “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Türkmənçay müqaviləsinin 180 illiyi” və “Parçalanmış xalq” mövzularında dinləmələr keçirildi. Tədbirdə, Senator Berni Kollas, Belçikanın bərabərhüquqlar nazirinin məsləhətçisi Nebahat Acar, DAK həmsədrləri Firidun Pərvizniya və Sabir Rüstəmxanlı, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir), Hollandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elman Mustafazadə, Avropa Kərkük Türkləri Cəmiyyətinin təmsilçisi Aydınlı, Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov və katib Fuad Hümbətovla yanaşı, DAK heyyətindən Dr. Nurəddin Qərəvi, Abuzər Bağırov, prof. Vaqif Arzumanlı, ... ardı |
|||||
"ARAZ" teatr-studiyası İSVEÇdə |
|||||
XII.2008. /Rahim Sadıqbəyli, www.festvideo.net
Hörmətli həmvətənlər! Dekabrın 13-dən 25-nə qədər "Araz" teatr-studiyası, "Mühacirlər" və "Çal-çağır şou" tamaşaları ilə İsveçdə qastrol səfərində olacaqlar! Tamaşalar, İsveçin Stockholm, Yöteborg və Linköping şəhərlərində aşağıdakı tarixlərdə sizlərə təqdim olunacaq.
STOCKHOLM: 13 dekabr 2008, saat 17.00 Metro: Huvudsta Telefon: (+46) 070 715 01 17
LİNKÖPİNG: 19 dekabr 2008, saat 17.00
YÖTEBORQ: 25 dekabr 2008, saat 19.00
|
|||||
Güney Azərbaycanda qadın problemi üçün bir layihə25 noyabr – BMT-nin Qadınlara olan zorakılığa qarşı beynəlxalq günü münasibəti ilə |
|||||
Abdulla Əmir Haşimi (Cavanşir) Layihə, yeddi hissədən ibarətdir: Müqəddimə, Güney Azərbaycan qadınının keçmişi, Güney Azərbaycan qadınının müasir dövrdə oyanışı, Qadınlarımız və dünya qadınları, Güney Azərbaycan qadınının İran İslam Republikasında hüquqi vəziyyəti və konvansionlar, Problemin həlli yolu, Nəticə.
Müqəddimə: Güney Azərbaycan qadınları möhtəşəm tarixi, ictimai, siyasi, iqtisadi, fərhəngi nöqteyi-nəzərdən əzəmətli keçmişləri olsa da öz təkamülü yolunda şəxsiyyətinin inkişafı və Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmaq üçün enişli-yoqquşlu yol keçmiş, hüquqi, dini, cinsi, dövləti, təbəqati və milli təbiz və ayrıseçkiliklərə məruz qalmış, eyni zamanda həmin haqsızlıqları aradan qaldırmaq üçün parlaq mübarizə yolu keçmişdir – belə ki, Azərbaycan qadınının təkamül yolu dünya qadınlarının zirvəyə çatmasında dəyərli töhfələr vermişdir. Bunlara baxmayaraq, bugünkü vəziyyəti acınacaqlı olan Güney Azərbaycan qadınının ictimai, siyasi, mədəni, iqtisadi və milli vəziyyətini araşdırmaq üçün geniş təhqiqata, yüksək mübarizəyə və böyük milli, təbəqati və cinsi nailiyyətlərə çatması zəruridir. ... ardı |
|||||
KKTC naziri İsveç türk icmaları ilə görüşdü |
|||||
12.XI.2008. /GAK. Şimali Kipr (Kıbrıs) Türk Cumhuriyyətinin baş nazir müavini və xarici işlər naziri cənab Turqay Avcı, İsveç Türk İşçi Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan İsveç səfəri çərçivəsində, 12 noyabr 2008 çərşəmbə günü, Stokholmdakı türk icmaları ilə görüşdü. Çıxışında KKTC-nin qarşılaşdığı problemlərə toxunaraq, Avropa ölkələrindən tələbinin Cənubi Kipr ilə bərabərhüquq tanınması olduğunu bildirən cənab nazir, Azərbaycan Respublikası ilə münasibətlərindən məmnun olduqlarını və Qarabağ məsələsində həmrəy və həmdərd olduqlarını bildirdi. Toplantıda, 1964-cü ildə BM Sülhməramlıları olaraq Şimali Kipr ... ardı |
![]() |
||||
"NALBƏNDİYAN"A QARŞI ETİRAZ MİTİNQİ / İsveç |
|||||
7.XI.2008. /Musavatİsvec.Com, Mübariz Əzimli
Stokholmdakı azərbaycan icması Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın İsveçə rəsmi səfərinə etiraz əlaməti olaraq bu gün İsveç parlamenti qarşısında etiraz mitinqi keçirmişdir. İsveç Azərbaycanlıları Federasiyasının (AFİ) çağırışı ilə təşkil olunmuş mitinqi açan Güney Azərbaycan Konqresi (GAK) sədri Abdullah Əmirhaşimi İsveç XİN-nin və baş nazirinin Rusiyanın Gürcüstana təcavüzü zamanı çox qətiyyətli mövqe tutduqlarını, bu təcavüzü birmənalı olaraq pislədiklərini bildirdi. O, İsveç dövlətinin eyni mövqeyi Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində də göstərəcəyinə... ardı |
|||||
Qulamrza Əmani "qəzaya" uğradı |
|||||
24.X.2008. Güney Azərbaycan Konqresinin bəyanatı: Əziz həmvətənlər! Yayılan acı xəbərə əsasən, cümə günü 24 oktyabr, Əhər caddəsinin Xoca məntəqəsində mühəndis Qulamrza Əmani iki qardaşı ilə avariaya uğrayıbdır və hər üçü həlak olublar. Bu acı xəbər, fəal azərbaycanlıları – o cümlədən Güney Azərbaycan Konqresinin üzvlərini şiddətlə kədərləndirdi. Xüsusən ona görə ki, mühəndis Qulamrza Əmaninin, 1995-96-cı illərdən Azərbaycan Milli Hərəkatının sıralarında həm tələbə hərəkatında və həm də bəzi seçkilərdə Güney Azərbaycan xalqının milli haqlarının dilə gətirilməsində böyük zəhməti olmuşdur və elə buna görə də fars şovinizminə ... ardı
|
25.X.2008. Azərbaycan Milli Hərəkatının fəalı mühəndis Qulamrza Əmani barədə yayılan acı xəbərə, Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası da münasibət bildirmişdir. GASBEK-in bəyanatı, olduğu kimi soydaşlarımıza təqdim edirik:
" [...] Bunları nəzərə alaraq, Qulamrza Əmaninin “qəzaya” uğraması biz azərbaycanlılarda şübhə doğurmaya bilməz. Elə buna görə həmin hadisənin daxildə və xaricdə səlahiyyətli orqanlar tərəfindən araşdırılmasının tərəfdarı olduğumuzu bildiririk və bu işdə digər soydaşlarımızı birgə əməkdaşlığa dəvət edirik. Bunu, içəridə və ölkədən kənar fəaliyyət göstərən fəallarımızın bu kimi yollarla aradan aparılmasının qarşısının[...]" tam mətn üçün
|
||||
Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının
|
|||||
21.IX.2008. Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası, Güney Azərbaycan xalqına müraciət ünvanlayıb. Mətbuatda da əks olunmuş sənədi olduğu kimi aşağıda təqdim edirik:
Hörmətli həmvətənlər! Dünyada, regionda və Güney Azərbaycanımızda gedən son ayların hadisələri, bizi bir daha Güney Azərbaycanda olan fəal qüvvələri toplaşdırıb birgə siyasi birliyə və əməkdaşlığa cəlb etməyə daha da artıq sövq edir. İnanırıq ki, məsuliyyət hiss edən hər bir güney azərbaycanlı belə bir əməkdaşlığa can atır və Güney Azərbaycanımızda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmağa yeni cəhdlər edir. Əməkdaşlıqların dairəsi nə qədər geniş, effektiv və əsas məsələlər üzrə təşkil tapırsa, o qədər də ölkəmizin və xalqımızın milli qurtuluşu, rifahı və uzun illərdən bəri qalmış problemlərinin həlli yolunda mühüm addımlar atıla bilir.
Dünyada gedən ziddiyyətli cahanşumul proseslərə nəzər saldıqda, görünür ki, ... ardı
|
|||||
Norvec Helsinki Komitəsinin seminarı / Oslo |
|||||
![]() |
15.VI.2008. 12 iyun 2008 tarixində, Norveçin paytaxtı Oslo şəhərində, yerli Helsinki Komitəsinin təşkilatçılığı ilə, Oslo Azərbaycanlıları Cəmiyyətinin əməkdaşlığı ilə, Güney Azərbaycan probleminə həsr olunmuş seminar keçirildi. İnsan Haqları Evində keçirilən və Norvec rəsmilərinin iştirak etdiyi tədbirin ilk hissəsində, Güney Azərbaycan barədə məruzələr edilərkən, ikinci hissəsində debat formasında iştirakçıları maraqlandıran suallar, məruzəçilər tərəfindən cavablandırıldı. 3 saat davam edən tədbirə dəvətiyyə, Helsinki Komitəsinin rəsmi web-səhifəsindən aşağıdakı keçid vasitəsi ilə nəzər sala bilərsiniz. Eyni zamanda, seminardan foto və Güney Azərbaycan Konqresinin Əlaqələr Məsulu ... ardı |
||||
Stockholmda, 22 MAY seminarı |
|||||
![]() |
22 May qiyamının ikinci ildönümü münasibəti ilə, Stockholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin, ABF-in Şimali Stockholm şöbəsinin əməkdaşlığı ilə, 17 may 2008 tarixində seminar keçirildi. Altı saat davam edən seminarda, Abdulla Əmir Haşimi (Cavanşir), Əli Ağayev, Çingiz Göytürk, Mir Musa Haşimi, Nüsrət Əhmədi, Paşa Sərxanlı, Teymur Eminbəyli və Yunis Şamili çıxış edərək, tədbir iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirdilər.
Tədbirdən foto-şəkil və Cavanşir bəyin çıxışının video-lenti ... |
||||
Stockholmda Respublika Günü Şənliyi |
|||||
1.VI.2008. 28 May - Respublika Günü münasibəti ilə 31 may günü bir sıra Stockholm azərbaycanlıları, "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsü ilə Redline restorantında şənlik mərasimi keçirdilər. Dörd saat sürən tədbirdə, Azərbaycan milli mahnıları sədası altında azərbaycanlı ailələr şən axşam yaşadılar. ... |
![]() ![]() |
||||
Stockholmdan İRAN REJİMİNƏ ETİRAZ ! |
|||||
21.III.2008. Stockholm azərbaycanlıları, bayramın ilk gününü İran rejiminə etiraz aksiyası ilə keçirdilər. Güney Azərbaycanda 30 milyondan artıq insanımızın fundamental haqlarından məhrum olunması və bununla əlaqədar həbs olunmuş soydaşlarımıza azadlıq tələbi ilə keçirilən mitinq, "Azad Tribun", "Ulduz", "22 May Təbriz", "Prometey" və "Qarabağ" cəmiyyətləri tərəfindən təşkil olunmuşdu. Stockholmun soyuq havasında bir saatdan artıq keçən mitinqdə, fars şovinist rejimini lənətləyən, güney azərbaycanlı məhbuslara azadlıq tələblərini əks etdirən plakatlarla yanaşı, iştirakçılar tərəfindən çıxışlar oldu.
Mitinqin qətnamələri, foto və videosu xəbərin ardında təqdim olunur. ardı |
![]() |
||||
|
|||||
Stockholmda XOCALI SOYQIRIMINA aid ikinci mitinq |
|||||
24.II.2008. Stockholmda, Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş ikinci mitinq, 24 fevral günü, "Bütöv Azərbaycan", "Odlar Yurdu", "Azad Tribun", "İsveç Azərbaycanlıları Birliyi", "Haray", "22 May Təbriz", "Ulduz", "Tribun" və "Qarabağ" cəmiyyətlərinin təşkilatçılığı ilə keçirildi. Mitinqdə, soyqırım barədə məlumatlandırıcı çıxışlar edilərək, traktlar paylandı. Tədbir, Azərbaycan dövlət himni və Güney Azərbaycan Milli Hökümətinin marşı ilə başa çatdı.
Qarabağ cəmiyyətinin hazırladığı video-lent və fotoları ... ardı |
|||||
Stockholmda XOCALI SOYQIRIMININ 16-cı ildönümü |
|||||
23.II.2008. Bugün, İsveçin paytaxtı Stockholm şəhərində, Xocalı soyqrımının 16-cı ildönümü münasibəti ilə, təcavüzkar Ermənistanı məhkum edən mitinq keçirildi. Təşkilatçıları "Azərbaycan", "Azərbaycan Naminə", "Araz", "Azərbaycan Federasiyası - İsveç" və "Qarabağ" cəmiyyətləri olan mitinqdə, o cümlədən isveçcə və ingiliscə faciə barədə məlumatlandırıcı çıxışlar edilərək, soyqırım və erməni işğalçılığı barədə traktlar paylandı. Azərbaycan dövlət himni ilə başlayan mitinq, Güney Azərbaycan Milli Hökümətin himni ilə başa vuruldu.
Mitinqdən, Qarabağ cəmiyyətinin hazırladığı video-lent və fotoları, ... ardı |
|||||
"DURNA"NIN İLLİK QURULTAYI VƏ ANA DİLİ20.II.2008. "Stokholmda faaliyət göstərən, Azərbaycan kültür Dərnəyi “Durna”nın 13-cü illik qurultayı, bazar günü, 17 fevral bərpa olub və eyni gün uğurla sona çatdı. Oturumun son bölməsində “Uluslar Arası Ana Dili Günü”nün yaxınlığı gözə alınaraq, aşağıdakı qətnamə bu xüsusda qəbul edildi: Varlığımızın özəyini və ruhunu təşkil edən ana dilimizin, Rza Xan dövründən bəri, hələdə İran olaraq adlanan ölkədə yasaqlanıb, asimilasya və təhqirə tabe tutulmasını, insanlığa qarşı böyük bir haqsızlıq, xalqımıza qarşı taysız zalimlik və geri qalmışlıq kimi görüb, var gücümüzlə... ardı |
|||||
Stockholmda QARA YANVAR faciəsi anıldı |
|||||
![]() |
20.I.2008. Dünən, 19 yanvar 2008, Stockholmda fəaliyyət göstərən on Azərbaycan qurumun ("Odlar Yurdu", "Qarabağ", "Bütöv Azərbaycan", "AzadTribun", "Haray", "İsveç Azərbaycanlıları Birliyi", "Ulduz", "Prometey", "Tribun", "Haray Radiosu") əməkdaşlığı ilə Qara Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Saat 16.00-dan 20.00-dək davam edən axşamda, 20 yanvar 1990 günü baş verən qanlı hadisə barədə çıxışlar edilərək, həmin günə müxtəlif aspektlərdən nəzər salındı. Qarabağ dərnəyi tərəfindən Abdulla bəy Əmir Haşimi (Cavanşir)-in məruzə ... ardı |
||||
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ, STOCKHOLMDA İKİ TƏDBİRLƏ QEYD OLUNDU31.XII.2007. Dünən, İsveçin paytaxtı Stockholmda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə iki tədbir keçirildi. Tədbirlərin biri "Azərbaycan" cəmiyyətinin təşkilatçılığı ilə saat 18-24'də Akallaby'də, digəri isə "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətlərinin təşkilatçılıqları ilə həmin gün saat 19-24'də Arbat restoranında keçirildi. Bayram ... ardı
|
21 AZƏR - MİLLİ HÖKÜMƏTİN YARANMA GÜNÜ, STOCKHOLMDA ÜÇ TƏDBİRLƏ YAD EDİLDİ16.XII.2007. Güney Azərbaycanda Milli Hökümətimizin yaranma günü - 21 Azərin ildönümü münasibəti ilə, Stockholmda yaşayan soydaşlarımız anma mərasimləri keçirdilər. Tədbirlərin biri "Azərbaycan" və "Azərbaycan Naminə" cəmiyyətləri, digəri "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətləri, üçüncüsü isə "Durna" cəmiyyəti tərəfindən təşkil edilmişdi. Soydaşlarımızla birlikdə, Güney Azərbaycan Konqresinin üzvləri, hər üç tədbirdə ... ardı |
|
TÜRKİYƏMİZƏ DƏSTƏK, KÜRD TERRORİZMİNƏ ETİRAZ! |
||
27.X.2007. Bugün İsveçin paytaxtı Stockholmun mərkəzi meydanında İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə, kürd terrorizmini məhkum etmək məqsədi ilə etiraz mitinqi keçirildi. Qardaş Türkiyə xalqı ilə həmrəyliyini nümayiş etdirmək və PKK terrorçularının cinayətlərini qınamaq məqsədi ilə, 2000-ə yaxın insanın iştirak etdiyi mitinqdə, Stockholm azərbaycanlıları da fəallıq göstərdilər. Azərbaycanlıları aksiyada, Güney Azərbaycan Konqresi və Güney Azərbaycan Milli Birlik Şurasının nümayəndələri ilə yanaşı "Azərbaycan Federasiyası İsveç"in yerli üzv cəmiyyətləri - o cümlədən Qarabağ, Azərbaycan Naminə, Azərbaycan, Ərk və digər dərnəklərin üzvləri təmsil edirdi. İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilat məsulu Sami bəy Görgülünün aparıcısı olduğu mitinqdə, ... ardı |
![]() |
|
"Fikrət Əmirovun "Şur"u, həbsxanada ilham mənbəyimiz idi." . |
|||
![]() |
|||
02.IX.2007. Azadlıq Radiosunun "Tanınmışlar" verilişinin növbəti həmsöhbəti, GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir)-dir. Xalqımızın taleyini özündə əks etdirən həyat barədə gedən müsahibənin aparıcısı, jurnalist İlqar Rəsul-dur.
Xatırladaq ki, 25 avqust tarixində Azadlıq Radiosunun jurnalistləri Babək Bəkir və İlqar Rəsul ilə görüşdə, GAK Mərkəzi Komitəsinin üzvləri Cavidan Elbars və Ayda Əmir Haşimi, jurnalist Sədrəddin Soltan və GAK aktivlərindən Hüseyn bəy də iştirak edirdilər.
31.XII.2007. ƏLAVƏ: "Tanınmışlar" verilişinin 2007-ci il üçün son buraxılışını isə buradan dinləyin |
|||
Dünyanın üç qitəsindən nümayəndələrin iştirakı ilə, Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirildiAsiya, Avropa və Amerikadan, Milli Birlik Şurası tərəfindən seçilmiş 60 nəfər nümayəndənin iştirakı ilə 21-23 sentyabr günlərində Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirilərək, siyasi və KİV orqanlarının diqqətini cəlb etdi ... ardı
|
"Qarşılıqlı fikir-mübadiləsini davam etdirək!25.VIII.2007. GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir) ilə Müsavat Partiyasının sədri İsa Qəmbərin növbəti görüşlərində Güney Azərbaycan, bölgədə gedən proseslər, diasporamızın indiki vəziyyəti və gələcəkdə görülməsi lazım olan fəaliyyətlər barədə müzakirələr aparılaraq, qarşılıqlı fikir-mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulandı.
|
|
Üç nəsil firqəçi:
|
GAK MK, Şəhidlər və Fəxri Xiyabanda22.VII.2007. GAK sədri, növbəti Bakı səfərində, GAK Mərkəzi Komitəsini üzvü Cavidan Elbars və jurnalist Sədrəddin Soltan ilə birlikdə, şəhidlər və fəxri xiyabanlarını ziyarət etdilər. Görkəmli şəxsiyyətimiz Əbülfəz Elçibəyin vəfat günündə Onun məzarını ziyarət edən GAK məsulları, Elçibəyin xatirəsinin güney azərbaycanlılar tərəfindən daim uca yaşadılacağını göstərdilər. |
|
Azərbaycan Federal-Demokrat Hərəkatı təşkilatından yenilikVIII.2007. Avqust ayının 4 və 5-də, Azərbaycan Federal-Demokrat Hərəkatı adlanan təşkilatın Mərkəzi Şurasının növbəti plenumu keçirildi. İclasda, İcraiyyə Heyyətinin üzvü Hidayət Sultanzadə, İcraiyyə Heyyətinin məsulu Məhəmməd Azadgər və digərləri çıxış edərək, təşkilatın ikinci qurultaysonrası dövrdəki fəaliyyətləri dəyərləndirərək, müzakirələrdən sonra ... ardı |
Azərbaycan gənclərinin təşkilatlarınmasında AzəriSİ-nin roluRüfət Əzizov: " ... Biz xaricdə şimal və cənub fərqlərimizi kənara qoyub bütün azərbaycanlı gənclərlə əl-ələ verib işləməliyik. ... 7 il ardıcıl keçirilən forumların xaricdə fəaliyyət göstərən gənclərin lobbiçilik - diaspora fəaliyyətinin inkişafında rolu şübhəsizdir. ... " ardı |
|
. |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa