İran! Əllərini Azərbaycan Respublikamızdan çək!
Stokholmda İranın əleyhinə etiraz aksiyası

 

06.II.2011. /AFİ

6 fevral 2011 tarixində Stokholmda, İran səfirliyinin qarşısında, Azərbaycan Federasiyası – İsveç AFİ-nin təşkilatçılığı ilə Atatürk Düşüncə Dərnəyinin və Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəriyyəti və üzvlərinin, həmçinin Uyğur Maarifləndirmə Cəmiyyətinin idarə heyyəti və üzvlərinin iştirakı ilə, İranın, Azərbaycan Respublikasına qarşı fitnəkar siyasətinə etiraz olaraq aksiya keçirildi. 200-dən çox insanın iştirak etdiyi aksiyada, “İran, Azərbaycanın daxili işlərinə qarışma!”, “Təbriz-Qəzvin oyaqdır, Şuşamıza dayaqdır!”, “Təbriz-Urmu oyaqdır, Bakımıza dayaqdır!”, “İran, Azərbaycan Respublikamızdan əllərini çək!”, “Şovinist İran!”, “Faşist İran!”, “Bakı kültür ocağı, Tehran fəsad bucağı”, “Azərbaycan İran olmaz!”, “Qarabağı işğal edən Ermənistana yardımı durdur!”, “Təbrizdən İrəvana yol olmaz!”, “İran-Ermənistan qardaşlığı Azərbaycana qarşıdır!”, “Yaşasın müstəqil Azərbaycan”, “Türk dilində mədrəsə olmalıdır hər kəsə!”, “Azərbaycan, İranda irqçılığa qarşıdır!”, “İranda qadın daşqalağına son qoyulsun!” və s İranın əleyhinə şüarlar səsləndirildi. Həm açılış və həm də bağlanışı Azərbaycan Respublikasının dövlət himni ilə olan etiraz aksiyasında çıxış edən AFİ tərəfindən Səttar Sevigin, Səid Əzizi və Ayda Əmir Haşimi, Azərbaycan Federal-Demokrat Hərəkatından Əlirza Ərdəbili, "Azərbaycan Naminə" dərnəyindən Nadir Hollenbrand, Güney Azərbaycan Konqresindən Abdulla Əmir Haşimi (Cavanşir), GADP-dən Mahmud Bilgin, GAMOH-dan Duman Savalan, Türk İşçi Dərnəkləri Federasiyasından Həsən Dölək, İranın anti-Azərbaycan siyasətinə son qoymasını tələb edərək, Azərbaycan Respublikasına islam fanatizmini ixrac etməsinə qəti etirazlarını bildirdilər. Çıxışçılar, həmçinin İranda edam hökmünün ləğvini və azərbaycanlı aktivistlərin sərbəst buraxılmasını tələb etdilər.

Said Azizy Settar Sevigin
Alirza Ardabili Abdulla Amir Hashimi (Cavanshir)
Mustafa Sönmez - Atatürk Düşünce Derneği Settar Sevigin
Türk İşçi Dernekleri Federasyonu
images/20110206StockholmIranaEtiraz-19.JPG
Yunis Shamili Abdulla Amir Hashimi (Cavanshir)
Ayda Amir Hashimi Duman Savalan

 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x76.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.