Müstəqillik Günü, Stokholmda qeyd edildi

 

17.X.2009. /GAK

 

Stokholmda yaşayan bir sıra azərbaycanlılar, 17 oktyabr 2009 tarixində, Sundbyberg-dəki ABF salonunda, Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd etdilər. Tədbirin təşəbbüskarı Mübariz Əzimli, aparıcı isə Eluca Atalı idi. Rahib Kazımlı, Əli Məmmədov, Teymur Eminbəyli, Emil Mirzoyev, Səttar Sevigin və digər azərbaycanlıların çıxışları ilə yanaşı, Güney Azərbaycan Konqresinin Mərkəzinin Komitəsinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir) də, Müstəqillik Gününü quzeyli-güneyli soydaşlarımıza təbrik etdi. O, öz çıxışında azərbaycanlıların müstəqillik uğrunda enişli-yoqquşlu savaş və mübarizələrinin Atropatenadan bugünədək davam etdildiyini bildirdi. Çıxışı, buradan dinləyə bilərsiniz:

 

Tədbirdən, GAK və Mübariz Əzimlinin hazırladığı bir neçə foto, aşağıda təqdim olunur:

 

 


 

Tədbirdən, AzadTribun səhifəsinin hazırladığı video-lentlər üçün buraya daxil ola bilərsiniz:

 

http://www.youtube.com/user/Babek551222

 

 

 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x41.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.