Stokholmda uyğurlu soydaşlarımızın mitinqində

5 nəfər həbs olundu

 

9.VII.2009. /GAK

 

Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamına etiraz olaraq, Stokholmda yaşayan uyğur, anadolu və Azərbaycan türkləri, cümə günü 9 iyul 2009 tarixində saat 14.00-dan başlayaraq parlament qarşısındakı Mynttorget meydanında birgə mitinq keçirtdilər. "Qatil Çin!", "Uyğur!", "Hardadır ədalət? Haradadır insan haqları?", "Faşist Çin!", "Haradadır Avropa Birliyi? Haradadır Birləşmiş Millətlər Təşkilatı?" və s şüarları izdihamla hayqıran mitinq iştirakçıları, Stokholmdakı Çin Xalq Respublikasının səfirliyinə qarşı yürüş etdilər. Tədbir boyunca göz yaşlarını tuta bilməyən türklər, uyğurlara qarşı tətbiq olunan qeyri-insani və şiddətli siyasətə dünya ictimaiyyatının biganə qalmamasını tələb etdilər. Yağışlı və küləkli havaya baxmayaraq, mitinqdə körpələri ilə fəallıq göstərən qadınlar və yaşlılar xüsusi diqqət çəkdi. Çıxış edən İsveç-Uyğur Komitəsinin sədri Mahinur Həsənova "Uyğur xalqı, ana-dilinə qadağa qoyulması ilə barışmayacaq! Biz ancaq öz fundamental insani və milli haqlarımızı istəyirik. Bu mitinqin də məqsədi ancaq beynəlxalq səviyyədə qəbul olunmuş insan haqlarımınızın bərpa olunmasını tələb etməkdir" - dedi. İsveç parlamentinin türkəsilli deputatı Mehmet Kaplan da çıxış edərək, iştirakçıları hərhansı provokasiyalara qoşulmamağa dəvət etdi. Kaplan həm də "Çin, İsveç üçün böyük bazarməkanıdır. Biz, bu qədər mal satdığımız ölkəyə öz tələblərimizi də ortaya qoymağı bacarmalıyıq!" - dedi. Polis, mitinq iştirakçılarından beş nəfəri həbs etdi.

Mitinqdə, Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir) və konqres həvadarları iştirak etmiş və bu barədə KİV-ə məlumatlar yaymışlar.

 


 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x34.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.