GAK sədri, Güneydə 21 Azər tutuqlamaların başlandığını Avropa Komissiyasına çatdırdı
.

XII.2008. /GAK

 

Abdulla Amir HashimiFrançois MassouliéGAK sədri Abdulla Əmir Haşimi (Cavanşir), Belçika səfəri çərçivəsində, 8 dekabr 2008 saat 11.00'da, Avropa Komissiyasının Xarici Əlaqələr baş direktoriatın insan haqları və demokratlaşdırma üzrə siyasi işçisi xanım Anne Koistinen ilə görüşdü. Görüşdə, qarşıda gələn 21 Azər qiyamının ildönümü ilə əlaqədar ölkədaxilində (Güney Azərbaycanda) tədbirləri tədarük edən fəalların İran İslam Respublikası tərəfindən tutuqlanması barədə xanım Koistinen və onun İran Masasındakı əməkdaşlarına şifahi və kətbi olaraq çatdırıldı. Bu görüşdə, Güney Azərbaycanın tarixi, ictimai, mədəni durumu barədə geniş məlumat təqdim olundu. Xanım Koistinen, bu sahədə əllərindən gələni edəcəklərinə və həmin verilən rapportları Avropa Komissiyasının Xarici Əlaqələr şöbəsinin İran Masası, o cümlədən cənab François Massoulié və onun məsulu xanım Patricia Llombarta çatdıracağını qeyd etdi.



 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x24.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.