BİRGƏ ADDIM:
XOCALI SOYQIRIMINA ETİRAZ MİTİNQİ

TƏCAVÜZKAR ERMƏNİSTAN ƏLEYHİNƏ BİRGƏ ADDIM:

 

XOCALI SOYQIRIMINA ETİRAZ MİTİNQİ KEÇİRİLDİ

 

24 fevral 2007 tarixində, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızın Xocalı şəhərində, təcavüzkar Ermənistan tərəfindən 15 il bundan əvvəl xalqımıza qarşı törədilmiş qanlı soyqırıma etiraz mitinqi keçirildi. Güney Azərbaycan KonqresiDünya Azərbaycanlıları Konqresinin əməkdaşlığı ilə Stockholm şəhərmərkəzində keçirilən mitinq, yerli vaxtla saat 15:00-da, Azərbaycan dövlət himni ilə açıq elan edildi. Xocalı soyqırımının qurbanilərinin xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra, müxtəlif dillərdə GAK və DAK-ın müraciətləri, iki təşkilatın müştərək müraciəti və Xocalı soyqırımı ilə erməni terroru barədə yerli əhaliyə məlumatlar verildi. Xocalı soyqırımını əks etdirən müxtəlif formalarda plakatlar, broşurlar və soyqırım şəhidlərimizin şəkilləri, mitinq meydanını bəzəyirdi və paylanırdı. Stockholmun soyuq havasında bir saat sürən mitinq, Güney Azərbaycan Milli Hökümətinin (Pişəvəri Hökümətinin) himni ilə başa çatdı.

 

Foto-şəkillər və video-lenti aşağıda, müraciətləri isə bu səhifənin sol tərəfində Sizin paylaşılır.

 


 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa