GAK və DAK rəhbərliklərinin

4/2-2007 tarixli iclas protokolu

Tarix:                   4 fevral 2007
Məkan:                Stockholm, İSVEÇ
İclas mövzusu:     Konqreslərarası əməkdaşlıq

 

 

Qeyd olunmuş tarix və məkanda, Güney Azərbaycan Konqresinin və Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi arasında öncədən planlaşmış rəsmi görüş keçirildi. İclasda, bölgədə və Güney Azərbaycanda vəziyyətin bugünkü günlərdə hər vaxtdan daha artıq həssas olduğu, buna görə təşkilatların əməkdaşlığının zərurəti danışılaraq, təşkilatlararası əməkdaşlıq etmənin maneələri və onların səbəbləri mübahisə olunaraq, bu maneələrin aradan qaldırılma yollarını axtarıb-tapmaq üçün birgə görüşlərin baş tutması və təşkil edilməsi təkid edildi. İki təşkilatın rəhbərlərinin keçmişdə uzun müddət birgə təşkilatda yaxın fəaliyyət apardıqları üçün və arada olan etimada görə, əməkdaşlığın mümkün olduğu qeyd edildi. Bu iclasda əməkdaşlığın müəyyən sahələri də müzakirə olundu və birgə fəaliyyət üçün mövcud və əlverişli imkanları nəzərə alaraq, yaxın gələcəkdə əməkdaşlıq sazişinin imzalanması qərara alındı.

 

Dünya Azərbaycanlıları Konqresinin heyyətini Cavad bəy Derəxti, Güney Azərbaycan Konqresinin heyyətini isə Abdulla bəy Əmir Haşimi (Cavanşir) təmsil edirdilər.

 

Dünya Azərbaycanlıları Konqresi:                               Güney Azərbaycan Konqresi:
www.azerbaijanis-congress.com                                 www.guneyazerbaycankonqresi.com

 

 

 

 

 

 

Protokolu hazırlayan: Ayda Əmir Haşimi

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa