E-QRUPLAR:

ADF IT e-qrupuna Siz də üzv olun!

........


GAK e-qrupuna, üzv olmaq üçün:

........



Banner mübadiləsi üçün:

KEÇİDLƏR:

Azəristan ölkəsin sanma bügün başsız bədən,
İnqilabın atəşi şölə çəkir hər güşədən..
Xalqımız hiddətlənib Sən etdiyin bu fitnədən,
Yandırar axər sizi bu odlu tufan, əl çəkin!
Tazə dünya qurmağa var bizdə imkan, əl çəkin!


şəhid Məhəmməd CƏFƏRZADƏ (1325, 1946)


Norvec Helsinki Komitəsinin seminarı / Oslo

15.VI.2008. 12 iyun 2008 tarixində, Norveçin paytaxtı Oslo şəhərində, yerli Helsinki Komitəsinin təşkilatçılığı ilə, Oslo Azərbaycanlıları Cəmiyyətinin əməkdaşlığı ilə, Güney Azərbaycan probleminə həsr olunmuş seminar keçirildi. İnsan Haqları Evində keçirilən və Norvec rəsmilərinin iştirak etdiyi tədbirin ilk hissəsində, Güney Azərbaycan barədə məruzələr edilərkən, ikinci hissəsində debat formasında iştirakçıları maraqlandıran suallar, məruzəçilər tərəfindən cavablandırıldı. 3 saat davam edən tədbirə dəvətiyyə, Helsinki Komitəsinin rəsmi web-səhifəsindən aşağıdakı keçid vasitəsi ilə nəzər sala bilərsiniz. Eyni zamanda, seminardan foto və Güney Azərbaycan Konqresinin Əlaqələr Məsulu ... ardı

Stockholmda, 22 MAY seminarı

22 May qiyamının ikinci ildönümü münasibəti ilə, Stockholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin, ABF-in Şimali Stockholm şöbəsinin əməkdaşlığı ilə, 17 may 2008 tarixində seminar keçirildi. Altı saat davam edən seminarda, Abdulla Əmir Haşimi (Cavanşir), Əli Ağayev, Çingiz Göytürk, Mir Musa Haşimi, Nüsrət Əhmədi, Paşa Sərxanlı, Teymur Eminbəyli və Yunis Şamili çıxış edərək, tədbir iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirdilər.

 

Tədbirdən foto-şəkil və Cavanşir bəyin çıxışının video-lenti ...

ardı


Stockholmda Respublika Günü Şənliyi

1.VI.2008. 28 May - Respublika Günü münasibəti ilə 31 may günü bir sıra Stockholm azərbaycanlıları, "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsü ilə Redline restorantında şənlik mərasimi keçirdilər. Dörd saat sürən tədbirdə, Azərbaycan milli mahnıları sədası altında azərbaycanlı ailələr şən axşam yaşadılar. ...

ardı


Stockholmdan İRAN REJİMİNƏ ETİRAZ !

21.III.2008. Stockholm azərbaycanlıları, bayramın ilk gününü İran rejiminə etiraz aksiyası ilə keçirdilər. Güney Azərbaycanda 30 milyondan artıq insanımızın fundamental haqlarından məhrum olunması və bununla əlaqədar həbs olunmuş soydaşlarımıza azadlıq tələbi ilə keçirilən mitinq, "Azad Tribun", "Ulduz", "22 May Təbriz", "Prometey" və "Qarabağ" cəmiyyətləri tərəfindən təşkil olunmuşdu. Stockholmun soyuq havasında bir saatdan artıq keçən mitinqdə, fars şovinist rejimini lənətləyən, güney azərbaycanlı məhbuslara azadlıq tələblərini əks etdirən plakatlarla yanaşı, iştirakçılar tərəfindən çıxışlar oldu.

 

Mitinqin qətnamələri, foto və videosu xəbərin ardında təqdim olunur. ardı


"ODLAR YURDU"NDAN
NOVRUZ/OĞUZ ŞƏNLİYİ

 

20.III.2008. Xalqımızın ən qədim milli bayramlarından olan Novruz/Oğuz/Ərgənəkon bayramını, Stockholmda fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətinin üzvləri və dostları, Arbat restorantında qeyd etdilər. Milli musiqimiz müşayiətində keçən axşam, soydaşlara şən əhval ruhiyyə və gözəl saatlar bəxş etdi. Şənlikdə iştirak ... ardı


STOCKHOLM AZƏRBAYCANLILARI, MİLLİ BAYRAMIMIZI BİRLİKDƏ QEYD ETDİLƏR

 

22.III.2008. Azərbaycan xalqının, güneyli-quzeylisi ilə, əsrlər boyu qeyd etdiyi Novruz/Oğuz/Ərgənəkon bayramı münasibəti ilə Stockholmda yaşayan soydaşlarımız Kulturhuset'də şənlik mərasimi keçirtdilər. Təşəbbüskarı soydaşlarımız Əli Ağayev, Mübariz Əzimli və Əli Mətlubi olan və xeyli soydaşlarımızın iştirak etdiyi tədbirdə, ... ardı


Stockholmda XOCALI SOYQIRIMINA aid ikinci mitinq

24.II.2008. Stockholmda, Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş ikinci mitinq, 24 fevral günü, "Bütöv Azərbaycan", "Odlar Yurdu", "Azad Tribun", "İsveç Azərbaycanlıları Birliyi", "Haray", "22 May Təbriz", "Ulduz", "Tribun" və "Qarabağ" cəmiyyətlərinin təşkilatçılığı ilə keçirildi. Mitinqdə, soyqırım barədə məlumatlandırıcı çıxışlar edilərək, traktlar paylandı. Tədbir, Azərbaycan dövlət himni və Güney Azərbaycan Milli Hökümətinin marşı ilə başa çatdı.

 

Qarabağ cəmiyyətinin hazırladığı video-lent və fotoları ... ardı


Stockholmda XOCALI SOYQIRIMININ 16-cı ildönümü

23.II.2008. Bugün, İsveçin paytaxtı Stockholm şəhərində, Xocalı soyqrımının 16-cı ildönümü münasibəti ilə, təcavüzkar Ermənistanı məhkum edən mitinq keçirildi. Təşkilatçıları "Azərbaycan", "Azərbaycan Naminə", "Araz", "Azərbaycan Federasiyası - İsveç" və "Qarabağ" cəmiyyətləri olan mitinqdə, o cümlədən isveçcə və ingiliscə faciə barədə məlumatlandırıcı çıxışlar edilərək, soyqırım və erməni işğalçılığı barədə traktlar paylandı. Azərbaycan dövlət himni ilə başlayan mitinq, Güney Azərbaycan Milli Hökümətin himni ilə başa vuruldu.

 

Mitinqdən, Qarabağ cəmiyyətinin hazırladığı video-lent və fotoları, ... ardı


"DURNA"NIN İLLİK QURULTAYI VƏ ANA DİLİ

20.II.2008. "Stokholmda faaliyət göstərən, Azərbaycan kültür Dərnəyi “Durna”nın  13-cü   illik qurultayı, bazar günü, 17 fevral  bərpa olub və eyni gün uğurla sona çatdı. Oturumun son bölməsində “Uluslar Arası Ana Dili Günü”nün yaxınlığı gözə alınaraq, aşağıdakı qətnamə  bu xüsusda  qəbul edildi: Varlığımızın özəyini və ruhunu təşkil edən ana dilimizin, Rza Xan dövründən bəri, hələdə İran olaraq adlanan ölkədə yasaqlanıb, asimilasya və təhqirə tabe tutulmasını, insanlığa qarşı böyük bir haqsızlıq, xalqımıza qarşı taysız zalimlik və geri qalmışlıq kimi görüb, var gücümüzlə... ardı


Stockholmda QARA YANVAR faciəsi anıldı

20.I.2008. Dünən, 19 yanvar 2008, Stockholmda fəaliyyət göstərən on Azərbaycan qurumun ("Odlar Yurdu", "Qarabağ", "Bütöv Azərbaycan", "AzadTribun", "Haray", "İsveç Azərbaycanlıları Birliyi", "Ulduz", "Prometey", "Tribun", "Haray Radiosu") əməkdaşlığı ilə Qara Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Saat 16.00-dan 20.00-dək davam edən axşamda, 20 yanvar 1990 günü baş verən qanlı hadisə barədə çıxışlar edilərək, həmin günə müxtəlif aspektlərdən nəzər salındı. Qarabağ dərnəyi tərəfindən Abdulla bəy Əmir Haşimi (Cavanşir)-in məruzə ... ardı

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ, STOCKHOLMDA İKİ TƏDBİRLƏ QEYD OLUNDU

31.XII.2007. Dünən, İsveçin paytaxtı Stockholmda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə iki tədbir keçirildi. Tədbirlərin biri "Azərbaycan" cəmiyyətinin təşkilatçılığı ilə saat 18-24'də Akallaby'də, digəri isə "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətlərinin təşkilatçılıqları ilə həmin gün saat 19-24'də Arbat restoranında keçirildi. Bayram ... ardı

 

 


21 AZƏR - MİLLİ HÖKÜMƏTİN YARANMA GÜNÜ, STOCKHOLMDA ÜÇ TƏDBİRLƏ YAD EDİLDİ

16.XII.2007. Güney Azərbaycanda Milli Hökümətimizin yaranma günü - 21 Azərin ildönümü münasibəti ilə, Stockholmda yaşayan soydaşlarımız anma mərasimləri keçirdilər. Tədbirlərin biri "Azərbaycan" və "Azərbaycan Naminə" cəmiyyətləri, digəri "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətləri, üçüncüsü isə "Durna" cəmiyyəti tərəfindən təşkil edilmişdi. Soydaşlarımızla birlikdə, Güney Azərbaycan Konqresinin üzvləri, hər üç tədbirdə ... ardı


TÜRKİYƏMİZƏ DƏSTƏK,

KÜRD TERRORİZMİNƏ ETİRAZ!

27.X.2007. Bugün İsveçin paytaxtı Stockholmun mərkəzi meydanında İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə, kürd terrorizmini məhkum etmək məqsədi ilə etiraz mitinqi keçirildi. Qardaş Türkiyə xalqı ilə həmrəyliyini nümayiş etdirmək və PKK terrorçularının cinayətlərini qınamaq məqsədi ilə, 2000-ə yaxın insanın iştirak etdiyi mitinqdə, Stockholm azərbaycanlıları da fəallıq göstərdilər. Azərbaycanlıları aksiyada, Güney Azərbaycan Konqresi və Güney Azərbaycan Milli Birlik Şurasının nümayəndələri ilə yanaşı "Azərbaycan Federasiyası İsveç"in yerli üzv cəmiyyətləri - o cümlədən Qarabağ, Azərbaycan Naminə, Azərbaycan, Ərk və digər dərnəklərin üzvləri təmsil edirdi. İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilat məsulu Sami bəy Görgülünün aparıcısı olduğu mitinqdə, ... ardı


"Fikrət Əmirovun "Şur"u, həbsxanada ilham mənbəyimiz idi."

.

Abdulla Əmir Haşimi (Cavanşir) və İlqar Rəsul

Abdulla Əmir Haşimi (Cavanşir) və İlqar Rəsul

 

02.IX.2007. Azadlıq Radiosunun "Tanınmışlar" verilişinin növbəti həmsöhbəti, GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir)-dir. Xalqımızın taleyini özündə əks etdirən həyat barədə gedən müsahibənin aparıcısı, jurnalist İlqar Rəsul-dur.

Müsahibəni buradan dinləyin

 

Xatırladaq ki, 25 avqust tarixində Azadlıq Radiosunun jurnalistləri Babək Bəkir və İlqar Rəsul ilə görüşdə, GAK Mərkəzi Komitəsinin üzvləri Cavidan Elbars və Ayda Əmir Haşimi, jurnalist Sədrəddin Soltan və GAK aktivlərindən Hüseyn bəy də iştirak edirdilər.

 

31.XII.2007. ƏLAVƏ: "Tanınmışlar" verilişinin 2007-ci il üçün son buraxılışını isə buradan dinləyin


Dünyanın üç qitəsindən nümayəndələrin iştirakı ilə, Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirildi

Asiya, Avropa və Amerikadan, Milli Birlik Şurası tərəfindən seçilmiş 60 nəfər nümayəndənin iştirakı ilə 21-23 sentyabr günlərində Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirilərək, siyasi və KİV orqanlarının diqqətini cəlb etdi ... ardı

 


"Qarşılıqlı fikir-mübadiləsini davam etdirək!

Abdulla Əmir Haşimi (Cavanşir) və İsa Qəmbər

25.VIII.2007. GAK sədri Abdulla Əmir Haşimi (Cavanşir) ilə Müsavat Partiyasının sədri İsa Qəmbərin növbəti görüşlərində Güney Azərbaycan, bölgədə gedən proseslər, diasporamızın indiki vəziyyəti və gələcəkdə görülməsi lazım olan fəaliyyətlər barədə müzakirələr aparılaraq, qarşılıqlı fikir-mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulandı.

 


Üç nəsil firqəçi:
"Azərbaycan Demokrat Firqəsinin amalları yaşayacaq!"

Abdulla Əmir Haşimi (Cavanşir) və Balaş Azəroğlu

24.VIII.2007. 1945-ci ildən Pişəvəridən yadigar qalan, Azərbaycanın inqilabçı xalq şairi Balaş Azəroğlu, 1979-cu ildən İnqilab dövründən Azərbaycan Demokrat Firqəsinin rəhbərlərindən Abdulla Əmir Haşimi (Cavanşir)yeni nəsil firqəçilərdən ... ardı


GAK MK, Şəhidlər və Fəxri Xiyabanda

Abdulla Əmir Haşimi (Cavanşir), Cavidan Elbars və Sədrəddin Soltan

22.VII.2007. GAK sədri, növbəti Bakı səfərində, GAK Mərkəzi Komitəsini üzvü Cavidan Elbars və jurnalist Sədrəddin Soltan ilə birlikdə, şəhidlər və fəxri xiyabanlarını ziyarət etdilər. Görkəmli şəxsiyyətimiz Əbülfəz Elçibəyin vəfat günündə Onun məzarını ziyarət edən GAK məsulları, Elçibəyin xatirəsinin güney azərbaycanlılar tərəfindən daim uca yaşadılacağını göstərdilər.


Azərbaycan Federal-Demokrat Hərəkatı təşkilatından yenilik

VIII.2007. Avqust ayının 4 və 5-də, Azərbaycan Federal-Demokrat Hərəkatı adlanan təşkilatın Mərkəzi Şurasının növbəti plenumu keçirildi. İclasda, İcraiyyə Heyyətinin üzvü Hidayət Sultanzadə, İcraiyyə Heyyətinin məsulu Məhəmməd Azadgər və digərləri çıxış edərək, təşkilatın ikinci qurultaysonrası dövrdəki fəaliyyətləri dəyərləndirərək, müzakirələrdən sonra ... ardı


Azərbaycan gənclərinin təşkilatlarınmasında AzəriSİ-nin rolu

Rufət Əzizov

Rüfət Əzizov: " ... Biz xaricdə şimal və cənub fərqlərimizi kənara qoyub bütün azərbaycanlı gənclərlə əl-ələ verib işləməliyik. ... 7 il ardıcıl keçirilən forumların xaricdə fəaliyyət göstərən gənclərin lobbiçilik - diaspora fəaliyyətinin inkişafında rolu şübhəsizdir. ... " ardı


 

 

 

Güney Azərbaycan Konqresi,

Azərbaycan təşkilatlarını

əməkdaşlığa dəvət edir !

 

 

Əlaqə üçün: kontakt@guneyazerbaycankonqresi.com

.

 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa